Bloklar
From Rival Regions Wiki
Geosiyasi Blok ümumi məqsəd və fikirləri olan Dövlətlər Birliyidir.
Blok hər hansı bir dövlət lideri tərəfindən yaradıla bilər. Bundan sonra, başlığı, loqotipi və təsviri dəyişdirilə bilər. Bloklar siyahısında yalnız 2 dövlətdən az olmayan blokları tapa bilərsiniz.
Mövcud bloka qoşulmaq üçün dövlət başçısının müraciəti tələb olunur, sonra bu blokun digər liderləri tərəfindən səs veriləcəkdir. Eyni blokdan olan dövlətlər bir-birlərinə hərb elan edə bilməzlər.
Dövlətlər arasında açıq sərhədlər elan edə bilən və hərbi müqavilə elan edən blok qaydaları var.
Bu qaydalar üzrə səsvermə yalnız dövlət liderləri üçün mümkündür. Ayrıca, hər bir blokun bölgələrini fərqli rəngdə göstərən xüsusi xəritə filtrinə baxa bilərsiniz.